AZ

“Barselona” 18 yaşlı hücumçu alır

Misir “Əl-Əhli”sinin hücumçusu Həmzə Əbdülkərim “Barselona”ya keçməyə yaxındır.

90deqiqe.Az-ın "​​​​Diario Sport"a istinadən məlumata görə, klublar uzun danışıqlardan sonra oyunçunun transfer şərtlərində razılığa gəliblər.

18 yaşlı futbolçu mövsümün sonuna qədər kataloniyalıların ikinci komandasında çıxış edəcək və icarə müddətinin sonunda 3 milyon avro müqabilində alınması nəzərdə tutulub. Həmçinin 5 milyon avro bonus ödənişi mümkün olacaq.

Qeyd edək ki, Abdəlkarim “Əl-Əhli”də 9 oyunda iştirak edib, məhsuldar hərəkətə imza atmayan gənc oyunçu Misir U-17 millisində 19 oyunda 12 dəfə fərqlənib.

Seçilən
75
24
90deqiqe.az

10Mənbələr