AZ

Rahim Sterlinqə 2 İtaliya, 1 İngiltərə klubu elçi düşdü Hansını seçəcək?

ain.az, Fanat portalına istinadən məlumat verir.

Avropanın bir neçə aparıcı futbol klubu "Çelsi"nin keçmiş oyunçusu Rahim Sterlinqə müqavilə təklif etməyə hazırlaşır.

Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, bu həftə qarşılıqlı razılaşma əsasında London klubundan ayrılan və hazırda azad agent olan 31 yaşlı hücumçu ilə "Napoli", "Yuventus" və "Tottenhem" maraqlanır.

Mənbənin məlumatına görə, Sterlinq real müqavilə təklif olunarsa, hətta "Çelsi"dəki maaşının üçdə biri qarşılığında oynamağa hazırdır. Bu, xüsusilə ötən yay Sterlinqi icarəyə götürməkdə maraqlı olan, lakin maaşının həddindən artıq olması səbəbindən geri çəkilən "Napoli"nin diqqətini yenidən cəlb edib.

Sterlinq cari Premyer Liqa mövsümündə oyun keçirməyib. O, "mavilər"in heyətində ümumilikdə 81 oyuna çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
4
fanat.az

10Mənbələr