AZ

"Barselona" Misir klubundan hücumçunu icarəyə götürür

BAKI, 30 yanvar. TELEQRAF

İspaniyanın "Barselona" klubu Misirin "Əl-Əhli" komandasının futbolçusu Həmzə Abdelkərimi icarəyə götürəcək.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər artıq tam razılığa gəliblər.

Kataloniya təmsilçisi 18 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Abdelkərimin yaxın günlər ərzində tibbi müayinədən keçmək üçün Barselonaya uçacağı bildirilir.

Qeyd edək ki, Həmzə Abdelkərim cari mövsüm ərzində 7 oyunda iştirak edib.

Seçilən
37
24
teleqraf.com

10Mənbələr