AZ

“Barselona” Misirdən hücumçu gətirir

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Barselona” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi Misirin “Əl Əhli” klubunun futbolçusu Hamza Abdelkarimi icarəyə götürəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib.

18 yaşlı hücumçu yaxın zamanda “Barselona” üçün tibbi müayinədən keçəcək və icarə müqaviləsi imzalayacaq.

Kataloniya klubu yayda oyunçunun transfer hüquqlarını almaq səlahiyyətinə sahib olacaq.

Hamza bu mövsüm 8 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
22
futbolpress.az

10Mənbələr