AZ

Saatlıda narkotik təsiri altında olan sürücü həbs edilib

Yazını böyüt
Yazını kiçilt

Avtomobili sürücülük hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə edən Kazım Piriyev Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hafta.az xəbər verir ki, müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.

Seçilən
57
15
hafta.az

10Mənbələr