AZ

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülük hüququ olmadan idarə edən Kazım Piriyev saxlanılıb.

Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.

Seçilən
67
3
far.az

10Mənbələr