AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülük hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə edən Kazım Piriyev saxlanılıb.

Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.
Seçilən
61
3
7news.az

10Mənbələr