AZ

Unai Nunyes “Valensiya”da – ARENA.AZ

İspaniyanın “Selta” klubunun müdafiəçisi Unai Nunyes bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “yarasalar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər 28 yaşlı ispaniyalı futbolçunun 2026-cı ilin yayına qədər icarəsi ilə bağlı razılığa gəliblər. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması barədə şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Nunyes 2025/2026-cı illər mövsümünün ilk yarısını icarə əsasında İtaliyanın “Verona” komandasında keçirib. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlərdə 18 matça çıxıb.

Unai Nunyes “Atletik”in yetirməsidir. O, karyerası ərzində “Baskoniya”, “Atletik”, “Selta” və “Verona”nın uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi 2019-cu ildə debüt etdiyi İspaniya millisinin heyətində 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
42
13
arena.az

10Mənbələr