Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.
Apasport.az xəbər verir ki, həmyerlimiz növbəti təyinatını alıb.
O, bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.
Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. H. Qafarlının idarə edəcəyi görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.
Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu.
Timekeeper kimi iş başında olan H. Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.
İslam Oyunları: Yığmamız Özbəkistana məğlub oldu - FOTO
Millimizin baş məşqçisi: “Yaxşı işlər görəcəyik”
İslam Oyunları: Yığmamız Liviyanı məğlub edib - FOTO
ÇL: “Araz-Naxçıvan” Niderland çempionu ilə qarşılaşacaq
Bakıda futzal hakimləri və inspektorlar üçün seminar keçirilib - FOTO