AZ

Azərbaycanlı hakim Avropa çempionatının oyununa TƏYİNAT ALDI

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

Paralel.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, həmyerlimiz növbəti təyinatını alıb.

O, bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq. H.Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan H.Qafarlı bu dəfə final
mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.

Seçilən
43
11
paralel.az

10Mənbələr