AZ

Azərbaycanlı hakim yenə AÇ-nin oyununa təyinat aldı

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz növbəti təyinatını alıb.

O, bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq. Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Xatırladaq ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.

Seçilən
28
11
football-plus.az

10Mənbələr