Şəmkir rayonunda bir nəfərin ölümü və daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, rayonun İrmaşlı kənd sakii, 1992-ci il təvəllüdıü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.
Qəza zamanı V. Rüstəmli hadisə yerində ölüb. Avtomobildə olan 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Beş yaşlı yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Faktla bağlı araşdırma başlanılıb.