Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2110"nun sürücüsü ölüb, onun avtomobildə olan oğlu 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info