AZ

Şəmkirdə ata ilə oğlu ağır QƏZAYA düşdü: Ölən var

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ - 2110" markalı avtomobil hərəkətdə olan, Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.Qəza zamanı “VAZ-2110"un sürücüsü hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmin avtomobildə olan sərnişin, sürücünün oğlu, 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Hadisə yerinə DYP-nın məkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
18
bizim.media

10Mənbələr