Dünyanın ən populyar kriptovalyutası olan "Bitcoin"in qiyməti kəskin şəkildə ucuzlaşaraq 38 000 dollar səviyyəsinə düşə bilər.
Publika.az xəbər verir ki, "Stifel" investisiya şirkətinin analitikləri "Bitcoin"in hazırkı enişini "Bencamin Battonun sirli hekayəsi" filmi ilə müqayisə ediblər.
Xatırladaq ki, ötən ilin oktyabrında "Bitcoin"in məzənnəsi 126 000 dolları ötmüşdü. Lakin daha sonra kəskin eniş edərək 67 000 dollara qədər geriləyib və 2024-cü ilin noyabrındakı səviyyəsinə qayıdıb.
Analitiklər qeyd edirlər ki, "ayı bazarı" (düşüş trendi) xətti "Bitcoin"in minimum həddinin 38 min dollar civarında olacağını göstərir. Onlar bu proqnozu "Bitcoin"in tarixi çöküşləri ilə əsaslandırırlar:
- 2011-ci il: 93% eniş
- 2015-ci il: 84% eniş
- 2018-ci il: 83% eniş
- 2022-ci il: 76% eniş
Bu minimum nöqtələri birləşdirən xətt hazırkı enişin dib həddi kimi məhz 38 000 dollar səviyyəsini işarə edir.