AZ

“Sabah” “Araz-Naxçıvan” üzərində 4:1 hesablı qələbə qazanıb


Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına start verilib.
Yeniavaz.com
xəbər verir ki, turun açılış qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. “Bank Respublika Arena”da keçirilən görüş Bakı təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Paytaxt klubunun heyətində Umarali Raxmonaliyev (9, penalti), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) fərqləniblər. Qonaq komandanın yeganə qolunu isə Felipe Santos 86-cı dəqiqədə vurub.
Bu nəticədən sonra xallarının sayını 46-ya yüksəldən “Sabah” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 27 xala sahib olan “Araz-Naxçıvan” isə altıncı pillədə qərarlaşıb.
XIX turun günün son qarşılaşması Sumqayıtda baş tutacaq. Yerli komanda “Zirə”ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Seçilən
10
4
yeniavaz.com

9Mənbələr