AZ

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Misli Premyer Liqasında XIX turun oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib.

Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək.

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.


Bizim.Media

Seçilən
0
6
bizim.media

9Mənbələr