
Misli Premyer Liqasında XIX turuna start verilib.
AFN.az xəbər verir ki, "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib.
"Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib.
Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir.
Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək.
Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.