Hər il fevralın 14-ü Azərbaycanda və dünyanın bir çox ölkəsində sevginin bayramı kimi qeyd olunur. Bu gün sevgililər və evli cütlüklər bir-birinə hədiyyələr alır, çiçəklər bağışlayır, kiçik sürprizlərlə böyük hissləri ifadə etməyə çalışırlar. Məqsəd eynidir - günü unudulmaz və yaddaqalan etmək.
Adətən Sevgililər Günü ərəfəsində gül mağazalarında iynə atsan yerə düşməz. Sifarişlər əvvəlcədən verilir, ustalar gecəyarısına qədər buket hazırlayırlar.
Lakin bu il mənzərə bir qədər fərqli idi.
Publika.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı paytaxtdakı bir neçə gül mağazasında müşahidə aparıb.
Gözlənilən izdiham, uzun növbələr, tələskən seçimlər - bunların heç biri yox idi. Vitrinlər sevgi rənginə boyansa da, mağazaların içində sakitlik hökm sürürdü.