Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək onu yandırıb.
"Unikal"ın məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. Mübahisə zəminində tərəflərdən biri 1980-cı il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlunun üzərinə spirt tökərək onu yandırıb. Üz, əl, qol və digər nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Əldə edilən ilkin məlumata görə, mübahisə edən hər iki şəxs psixoloji problemlərdən əziyyət çəkən xəstələrdir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov