MİNGƏÇEVİR, 15 fevral. TELEQRAF
Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək yandırıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib.
Mübahisə zəmnində tərəflərdən biri 1980-cı il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlunun üzərinə spirt tökərək onu yandırıb.
Üz, əl, qol və digər nayihələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.
Əldə edilən ilkin məlumata görə, mübahisə edən hər iki şəxs psixoloji problemlərdən əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.