Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək yandırıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib.
Mübahisə zəmnində tərəflərdən biri 1980-cı il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlunun üzərinə spirt tökərək onu yandırıb.
Üz, əl, qol və digər nayihələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.