AZ

Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq - ADY

Bakı.TurkicWorld:

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttinin yenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.

Bu barədə TurkicWorld-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda təmir işlərinin böyük hissəsi başa çatdırılıb, yaxın vaxtlarda işlər tam yekunlaşacaq.

"Bu yol istismara verildiyi 1950-ci illərdən bu yana ilk dəfədir əsaslı təmir olunur. Alabaşlı-Qızılca xətti ilə əsasən dəmir yolları üçün zəruri olan qırmadaş (şeben) ehtiyatı daşınır",- məlumatda bildirilib.

Seçilən
0
8
turkic.world

9Mənbələr