Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttinin yenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.
Bu barədə Bakıvaxtı.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda təmir işlərinin böyük hissəsi başa çatdırılıb, yaxın vaxtlarda işlər tam yekunlaşacaq.
“Bu yol istismara verildiyi 1950-ci illərdən bu yana ilk dəfədir əsaslı təmir olunur. Alabaşlı-Qızılca xətti ilə əsasən dəmir yolları üçün zəruri olan qırmadaş (şeben) ehtiyatı daşınır”,- məlumatda bildirilib.
Qeyd edək ki, sözügedən dəmir yolu Samux və Göygöl rayonlarını birləşdirir.