AZ

Alabaşlı Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq ADY

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttinin yenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.

Bu barədə Redaktor.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda təmir işlərinin böyük hissəsi başa çatdırılıb, yaxın vaxtlarda işlər tam yekunlaşacaq.

“Bu yol istismara verildiyi 1950-ci illərdən bu yana ilk dəfədir əsaslı təmir olunur. Alabaşlı-Qızılca xətti ilə əsasən dəmir yolları üçün zəruri olan qırmadaş (şeben) ehtiyatı daşınır”,- məlumatda bildirilib.

Qeyd edək ki, sözügedən dəmir yolu Samux və Göygöl rayonlarını birləşdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
8
redaktor.az

9Mənbələr