AZ

“Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq” – Əziz Ələkbərli

“Əsəs hədəfimiz ata-baba yurdlarımıza qayıtmaqdır. Bu, bizim soydaşlarımızın tarixi haqqıdır”.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdacaq:

"Bu gün işğaldan azad olunmuş suveren ərazilərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşdırılır, Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşdırılır. Məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda ata-baba mülklərimiz, torpaqlarımız var. Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik".

Günay Şahmar, Bizim.Media

Seçilən
11
4
bizim.media

5Mənbələr