AZ

“Qərbi Azərbaycan qaçqınları öz ata baba torpaqlarına qayıdacaq” Əziz Ələkbərli

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

“Əsəs hədəfimiz ata-baba yurdlarımıza qayıtmaqdır. Bu, bizim soydaşlarımızın tarixi haqqıdır”.Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.Sədr bildirib ki, Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdacaq:"Bu gün işğaldan azad olunmuş suveren ərazilərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşdırılır, Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz abadlaşdırılır. Məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda ata-baba mülklərimiz, torpaqlarımız var. Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq. Biz buna əminik".Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
bizim.media

5Mənbələr