AZ

Yasamalda avtomobil velosipedçini vuraraq öldürdü

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N. Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report.az)

Bizim.Media

Seçilən
18
8
bizim.media

10Mənbələr