GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.
Nəticədə N. Vahabov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.