AZ

Bakıda avtomobil velosipedçini vurub öldürdü

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N.Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
16
8
ucnoqta.az

10Mənbələr