AZ

Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, şirkət prudensial hesabatları yanlış təqdim edib. Odur ki, "Fizza Pay"in vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat cərimələnib.

Seçilən
243
8
fed.az

9Mənbələr