Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC ödəniştəşkilatının vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
“Fizza Pay” MMC tərəfindən Azərbaycan Respublikasının MərkəziBankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə“Fizza Pay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000(bir min) manat məbləğində cərimə edilib”, - məlumatda qeydedilib.