Mərkəzi Bank “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə, “Fizza Pay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilib.
Tarix: 3 Mart 2026, 15:37