AZ

Bu işçilərə ikiqat əməkhaqqı verilir

Bayram günlərində işləyən şəxslərə ikiqat əməkhaqqı verilir.Metbuat.az-ın məlumatına görə, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsində öz əksini tapıb. Qanunvericiliyə əsasən, bayram günü rəsmi iş günü hesab olunmadığı üçün həmin gün əmək fəaliyyəti ilə məşğul olan işçilərə əməkhaqqı adi iş günləri ilə müqayisədə daha yüksək məbləğdə ödənilməlidir. Belə ki, gündəlik və ya saatlıq əməkhaqqı alan işçilərə bayram günü üçün ödəniş ən azı ikiqat məbləğdə hesablanmalıdır. İşəmuzd qaydada çalışanlara isə gördükləri işin haqqı azı iki dəfə çox olmaqla ödənilməlidir. Aylıq əməkhaqqı alan işçilərə gəldikdə isə, əgər bayram günü yerinə yetirilən iş aylıq iş vaxtı normasına daxildirsə, onlara maaşdan əlavə ən azı bir günlük və ya bir saatlıq əməkhaqqı həcmində əlavə ödəniş verilməlidir. Əgər həmin iş aylıq normadan artıqdırsa, bu halda maaşdan əlavə ən azı iki günlük və ya iki saatlıq əməkhaqqı məbləğində ödəniş həyata keçirilməlidir. Qeyd edək ki, bu il Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar 20–30 mart tarixləri qeyri-iş günü hesab olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
90
33
metbuat.az

10Mənbələr