AZ

Məşhur verilişə bu ölkələrdən qatılmağa icazə verilmir

Türkiyədə yayımlanan məşhur “Kim milyoner olmak ister?” televiziya yarışmasının müraciət forması Avropa Birliyi ölkələrindən giriş üçün bağlanıb.Metbuat.az-ın məlumatına görə, bu barədə yarışmanın rəsmi saytında yerləşdirilən məlumatda bildirilib. Buna səbəb “Ümumi Məlumatların Qorunması Qaydalar”ına (GDPR) uyğunluq işləri ilə əlaqədar müraciət formalarının Avropa Birliyi ölkələrində əlçatan olmamasıdır. Qeyd edək ki, GDPR (General Data Protection Regulation) Avropa Birliyində şəxsi məlumatların qorunmasını tənzimləyən qaydalar toplusudur. Bu səbəbdən yarışmanın müraciət forması hazırda Aİ ölkələrində yaşayan istifadəçilər üçün açıq deyil.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
8
33
metbuat.az

10Mənbələr