AZ

Bu şəxslər 150 manat cərimələnəcək

Azərbaycanda süni intellektlə şəkil, video və ya səs hazırlayıb internetdə, sosial şəbəkələrdə paylaşanlara yeni qayda gəlir. Dəyişikliklərə görə, bu materialları xüsusi qeyd olmadan yayan şəxslər cərimələnə bilər.Metbuat.az-ın məlumatına görə, bu məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni 13-2.7-ci maddədə əksini tapıb. Belə ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi şəkildə yayıldıqda onların real olmadığını açıq şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Yəni materialın üzərində və ya səsində bunun süni intellekt vasitəsilə hazırlandığı aydın şəkildə qeyd olunmalıdır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 388-3-cü maddəyə görə, şəxs həmin materialların süni intellektlə hazırlandığını bildiyi halda bunu göstərmədən internet resurslarında yayarsa, 80 manatdan 150 manatadək cərimə ediləcək. Sosial şəbəkə istifadəçilərinə tövsiyə olunur ki, AI ilə yaradılan məzmun paylaşarkən “Süni intellektlə yaradılıb”, “AI generated” və ya oxşar aydın nişan əlavə etsinlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
14
1
metbuat.az

10Mənbələr