AZ

SON DƏQİQƏ! Araqçi Naxçıvana hücumdan danışdı - "Narahatlıq..."

İranın xarici işlər naziri Abbas Araqçi Naxçıvan istiqamətində baş verən hadisə ilə bağlı açıqlama verərək bunu “narahatlıq” kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, jurnalistin “Əgər siz qonşularınıza hücum etmirsinizsə, İran prezidenti niyə üzr istədi?” sualına Araqçi belə cavab verib:

“Birincisi, bizim mədəniyyətimizdə üzr istəmək ləyaqət və güc əlamətidir. İkincisi isə o, ABŞ-ın təcavüzü və bizim cavab tədbirlərimiz nəticəsində region xalqlarının üzləşdiyi narahatlıqlara görə üzr istədi.”

Araqçi əlavə edib ki, əslində region xalqları qarşısında üzr istəməli olan tərəf ABŞ-dır.

“Əslində isə ABŞ prezidenti region xalqları və İran xalqı qarşısında üzr istəməlidir. Çünki bizə qarşı törədilən qətllərə və dağıntılara görə məsuliyyət daşıyan tərəf onlardır”, – deyə o bildirib.

Musavat.com

Seçilən
135
12
musavat.com

9Mənbələr