AZ

ADY Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin etdi

BAKI, 12 mart. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Teleqraf xəbər verir ki, martın 18-də hər iki istiqamət üzrə əlavə səfərlər təşkil olunacaq.

Qeyd olunub ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Xatırladaq ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri həyata keçirilir.

Seçilən
119
29
teleqraf.com

10Mənbələr