AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Bakı-Ağstafa-Bakı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən 1news.az-a verilən məlumata görə, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sözügedən reyslərə sərnişinlər biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Seçilən
117
46
1news.az

10Mənbələr