“Azərbaycan Dəmir Yolları” (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Publika.az xəbər verir ki, martın 18-də hər iki istiqamət üzrə əlavə səfərlər təşkil olunacaq.
Qeyd olunub ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.