AZ

İsrail kəşfiyyatından sensasion iddia: Tramp müharibəni dayandırmayacaq

ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki müharibəni nəticə əldə etmədən dayandırmaq niyyətində olmadığı bildirilir.

Musavat.com xəbər verir ki, İsrail mediasında yer alan məlumatlara görə, İsrail kəşfiyyatı Vaşinqtonun hazırkı mərhələdə geri çəkilmək yox, daha uzunmüddətli hərbi ssenari üzərində düşündüyünü hesab edir.

Məlumata əsasən, ABŞ prezidenti qanunvericiliyə uyğun olaraq, Konqresin ilkin icazəsi olmadan hərbi əməliyyatları təxminən üç ay davam etdirə bilər. Həmin müddət başa çatdıqdan sonra isə Ağ Ev müharibənin davamı üçün Konqresin rəsmi razılığını almalıdır.

İsrail KİV-i yazır ki, Tramp Respublikaçıların Konqresdəki üstünlüyünə arxalanaraq, müharibənin maliyyələşdirilməsi ilə bağlı dəstək qazanacağını düşünür. Lakin eyni məlumatda vurğulanır ki, büdcə qanununun qəbulu demokratların razılığı olmadan mümkün deyil və bu məsələ Ağ Ev üçün əsas siyasi maneələrdən biri hesab olunur.

Xəbərdə daha diqqətçəkən detal da yer alıb. Bildirilir ki, hərbi gərginliyin daha da artacağı təqdirdə, Tramp administrasiyası Konqres seçkilərinin təxirə salınması imkanlarını belə nəzərdən keçirir.

 

Musavat.com

Seçilən
1
18
musavat.com

10Mənbələr