AZ

İsrail Livanda quru əməliyyatlarını genişləndirməyi planlaşdırır

Bakı, 14 mart, AZƏRTAC

İsrail hakimiyyəti Livanda “Hizbullah” hərəkatına qarşı quru hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır və ABŞ bu niyyəti dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, İsrail Livandakı quru əməliyyatını genişləndirməyi, Litani çayının cənubundakı ərazilərə nəzarəti ələ keçirməyi və “Hizbullah”ın hərbi infrastrukturunu məhv etməyi planlaşdırır.

Bildirilir ki, bu miqyasda əməliyyat İsrailin Livanın cənubunda uzun müddət qalmasına səbəb ola bilər.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası “Hizbullah”ın tərksilah edilməsi məqsədilə İsrailin genişmiqyaslı əməliyyat planını dəstəkləyir. Bununla yanaşı, Vaşinqton Livanda mümkün ziyanın minimuma endirilməsini tələb edir və İsrail ilə Livan arasında müharibədən sonrakı razılaşma ilə bağlı birbaşa danışıqların aparılmasına çalışır.

Portal qeyd edir ki, İsrail rəhbərliyi əvvəllər bu miqyaslı əməliyyat keçirməyi planlaşdırmırdı, çünki diqqəti İrana qarşı hərbi əməliyyatlara yönəltmək istəyirdi. Lakin mənbələrin sözlərinə görə, “Hizbullah”ın İsrailə raket hücumlarından sonra bu planlar yenidən nəzərdən keçirilib.

Seçilən
68
33
azertag.az

10Mənbələr