AZ

Hakan Fidan: İran Türkiyəyə raket atdığını inkar edir

Tehran Ankara ilə təmaslarında Türkiyə istiqamətində raket atmasını inkar edir, lakin tərəflər bu atışların texniki detallarını açıq şəkildə müzakirə edirlər.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Banqladeş xarici işlər naziri Xəlilur Rəhmanla keçirdiyi mətbuat konfransında bildirib.

"İran tərəfi öz növbəsində bu hadisələrdə iştirakını inkar edir və iddia edir ki, belə bir hücum əmri verməyib. Əlbəttə ki, bizdə texniki məlumatlar və digər dəlillər var. Biz onları onlarla açıq şəkildə müzakirə edirik. Bu məsələlər hərbi müstəvi də daxil olmaqla müxtəlif səviyyələrdə müzakirə olunur", - deyə Fidan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
22
olaylar.az

10Mənbələr