AZ

İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir- Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların İran tərəfindən təkzib edildiyini bildirib.

Nazir bu məsələni İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirə etdiyini, lakin bəzi ziddiyyətli məqamların mövcud olduğunu qeyd edib.

“İranlı həmkarımla telefon danışığımız oldu. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir, lakin İran tərəfi belə bir hücumun baş vermədiyini bildirir. Müəyyən texniki məlumatlar var. Bu ziddiyyətlər həm diplomatik, həm də hərbi kanallar vasitəsilə müzakirə olunur”, – deyə Fidan bildirib.

Nazir əlavə edib ki, Türkiyənin əsas prioriteti müharibənin daha da genişlənməsinin və regiona yayılmasının qarşısını almaqdır./APA/

AzPost.az

Seçilən
37
22
azpost.info

10Mənbələr