AZ

Əraqçi İranın ali liderinin səhhəti ilə bağlı danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi respublikanın ali lideri Müctəba Xameneinin öz vəzifələrini icra etdiyini və hər şeyin qaydasında olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, martın 12-də "The Sun" qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığını iddia etmişdi.

Jurnalistlərin məlumatına əsasən, İran liderinin bir və ya hər iki ayağını itirdiyi və komada olduğu bildirilirdi.

56 yaşlı Müctəba Xamenei, ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olan ayətullah Əli Xameneinin oğludur və o, İranın yeni ali lideri seçilib. Martın 8-də Ekspertlər Məclisi yekdilliklə yeni rəhbəri ömürlük müddətə seçib.

Seçilən
58
50
publika.az

10Mənbələr