İspaniya La Liqasının 28-ci turu çərçivəsində "Barselona" doğma meydanda "Sevilya"nı qəbul edib.
QOL.az xəbər verir ki, matç kataloniyalıların 5:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
15 mart
"Barselona" - "Sevilya" - 5:2
Qollar: Rafinya, 9-pen; 21-pen; 51, D.Olmo, 38, J.Kanselu, 60 – Oso, 45+4, C.Sou, 90+2
Qeyd edək ki, bu qələbədən sonra xallarını 70-ə çatdıran "Barselona" turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisi "Real"la olan 4 xallıq fərqi qoruyur. "Sevilya" isə 31 xalla 14-cü pillədə qərarlaşıb.