İspaniya La Liqasının 2025/2026 mövsümünün 28-ci turunda "Barselona" ilə "Sevilya" komandaları arasında keçirilən oyun başa çatıb.
Redaktor.az xəbər verir ki, qarşılaşma İspaniyanın Barselona şəhərində yerləşən "Spotify Kamp Nou" stadionunda baş tutub. Matçın baş hakimi Alikante şəhərindən olan Xuan Martines Munuera olub.
Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda "Barselona"nın futbolçusu Rafinya het-triklə yadda qalıb.
Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi 28 oyundan sonra 70 xal toplayıb və ən yaxın izləyicisi olan Madrid "Real"ını dörd xal qabaqlayır.
31 xala malik "Sevilya" isə turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Növbəti turda "Barselona" martın 22-də öz meydanında "Rayo Valyekano"nu qəbul edəcək. "Sevilya" isə bir gün əvvəl "Valensiya" ilə qarşılaşacaq.