AZ

Dubay Beynəlxalq Hava Limanı dron hücumuna görə uçuşları dayandırıb

Dubay Beynəlxalq Hava Limanı uçuşları dayandırıb.

APA yerli mediaya istinadən xəbər verir ki, buna səbəb hava limanının kamikadze dronlarla hədəfə alınması olub.

Hücumlar hava limanının yanacaq ehtiyatının saxlanıldığı məkanı hədəf alıb və nəticədə ərazidə yanğın baş verib.

Dubay Beynəlxalq Hava Limanı hadisədən sonra məhdud sayda uçuşları bərpa edəcəyini bəyan edib.

Əbu-Dabinin əl-Bəhya bölgəsinə düşən raket isə bir nəfərin ölümünə səbəb olub.

BƏƏ Müdafiə Nazirliyi havadan müdafiə sistemlərinin İrandan atılan raket və dronların zərərsizləşdirilməsi prosesinin davam etdiyini bildirib.

Seçilən
47
50
apa.az

10Mənbələr