AZ

Dubay hava limanı dron hücumundan sonra fəaliyyətini tədricən bərpa edir VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Dron hücumundan sonra Dubay hava limanının fəaliyyəti qismən bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay Mülki Aviasiya İdarəsinin sosial media hesabında yerləşdirdiyi məlumatda deyilir. Sərnişinlərə uçuşlarla bağlı məlumat almaq üçün aviaşirkətlə əlaqə saxlamaları tövsiyə olunur.

Bir müddət öncə Dubayın Beynəlxalq Hava Limanı PUA hücumuna məruz qalıb. Hücum nəticəsində hava limanı yaxınlığında yerləşən yanacaq çənində yanğın başlayıb. Hadisədən sonra uçuşlar Dubayın Əl-Maktum və Əbu-Dabi hava limanların yönəldilib, bəzi reyslər Böyük Britaniya, İrlandiya, Pakistan və Hindistandakı başlanğıc nöqtələrinə qayıdıb.

 

Seçilən
26
50
azertag.az

10Mənbələr