AZ

Beynəlxalq axtarışda olan şəxs saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Seçilən
33
9
metbuat.az

10Mənbələr